Timoşenko qətldə ittiham edildi

timosenko-qetlde-ittiham-edildi
Oxunma sayı: 726

Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko bu dəfə də parlament deputatının qətlində də ittiham olunur. “Qafqazinfo”nun Rusiya saytına istinadən verdiyi xəbərə görə, Timoşenkonun 1996-cı ildə deputat Yevqeniya Şerbanyanın öldürülməsində təqsirli olduğu barədə Ukrayna baş prokurorunun birinci müavini Renat Kuzmin ölkə kanallarından birinə açıqlamasında deyib. O bildirib ki, qətli yerinə yetirən şəxslərə pulun Pavla Lazarenko və Yuliya Timoşenkonun hesabından daxil olduğunu bildirib. Kuzmin bunun faktlarla da təsdiq olunduğunu və heç bir şübhənin qalmadığını qeyd edib: “Şerban rəqib idi. Onu, həyat yoldaşı və onları müşayiət edən şəxsləri soyuqqanlı şəkildə Donetsk aeroportunda öldürdülər”.

Səidə