Timoşenkoya həbsxanada işgəncə verilir

timosenkoya-hebsxanada-isgence-verilir
Oxunma sayı: 646

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, belə bir iddia ilə Timoşenkonun vəkili çıxış edib. Vəkilin sözlərinə görə, müxalifət liderinin qaldığı otaq bütün gün ərzində kamera ilə izlənilir və işıqlar söndürülmür. Vəkil bunun psixoloji və fiziki işgəncə olduğunu bildirib.

Korrupsiya və vəzifəsindən sui-istifadəyə görə yeddi il həbs cəzası alan Timoşenkonun qeyd edilən durumuna münasibət bildirən səlahiyyətlilər isə bunun müxalifət liderinin təhlükəsizliyi üçün lazımlı olduğunu qeyd ediblər.

Həbsxana rəisi kameralarda təqibin qadağa olmadığını və baş verənlərin qeydə alınması üçün işıqların açıq qaldığını bildirib. Timoşenkonun vəkili isə kameraların birbaşa onun yatağına doğru yönəldiyini və işıqların da onun üzünə istiqamətləndiyini iddia edib. O, sabiq baş nazirlə bağlı qərarın siyasi mahiyyət daşıdığını deyib.

Səidə