Toğrul Əsgərovun ailəsində final həyəcanı - Video

togrul-esgerovun-ailesinde-final-heyecani-video
Oxunma sayı: 639

O, güləşir, valideynləri, nənə-babası, yaxınları ekran başında onu izləyir. Hətta bir ara həyəcandan dayana bilməyən anası divandan qalxıb yerdə əyləşir.

19 yaşlı pəhləvanımızın digər qarşılaşmaları kimi fınalı da ən yüksək həyəcanla izlənib evdə. Anası, atası, babası, nənəsi və digər yaxın qohumları sanki televiziyanı nəfəs almadan izləyiblər.
Güləşçinin hər qazandıgı xalda anası ekrana biraz daha yaxınlaşır. Nənəsi, babası yerində otura bilmir. Qələbənin elan edilməsi isə onları sevincə qərq edir. Ekrana qaçan kim, bir birini qucaqlayan kim. Hətta dayısı sevincindən ekranı öpməyə başlayır.

Duyğuları dillə ifadə çətindi onlar üçün.. Hətta anası göz yaşlarını saxlaya bilmir.



fanat.az