Toqquşan avtomobillər yandı

toqqusan-avtomobiller-yandi
Oxunma sayı: 672

Şəhər Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, noyabrın 4-də saat 01:40 radələrində Sumqayıt şəhəri ərazisində, şəhər sakinləri Nazim Qəmbərovun idarə etdiyi "Daewoo" və Ramiz Zahirovun idarə etdiyi "Qazel" markalı avtomaşınlar toqquşub. Nəticədə avtomaşınlar yanıb. Xəsarət almış "Daewoo"nun sürücüsü xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər tərəfindən yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.