Torresi gülüş obyektinə çevirən statistika

torresi-gulus-obyektine-ceviren-statistika
Oxunma sayı: 678

“Qafqazinfo”nun verdiyi məlumata görə, Torreslə bağlı statistik göstəriciləri araşdırdıqda maraqlı məqam ortaya çıxıb. Belə ki, İspaniyalı hücumçunun “Liverpul”un heyətində “Çelsi”nin qapısından keçirtdiyi topların sayı “Çelsi”də vurduğu qolların sayından çoxdur. “Liverpul”da “Çelsi”yə qarşı oynadığı 7 oyunda 7 dəfə fərqlənən “EI nino” “zadəganlar”ın heyətində keçirdiyi 45 oyunda cəmi 5 qol vurub. Bəzi “Liverpul” azarkeşlərinin komandanı tərk etdiyi üçün “xain” ləqəbini verdikləri futbolçuya bu göstəriciyə görə rişxənd etdiyi məlum olub.


Ceyhun Əhmədov