“Toy olsun”un aparıcısı toy elədi - Fotosessiya

toy-olsunun-aparicisi-toy-eledi-fotosessiya
Oxunma sayı: 1644

Təəccüblü də olsa, toyda şou-biznes nümayəndələri çox az idi. Müğənnilər Aslan Hüseynov, Rahidə Baxış, Səbuhi, Günel Məhərrəmova, Mehrim, Cavanşir, rəqqasə Fatimə, stilist Balaşdan başqa gözümüzə heç bir məşhur sima dəymədi. Toyda bəylə gəlini Tərlanın babası və nənəsi, sonra isə Ülviranın anası təbrik edib, xoşbəxtlik arzuladılar. Ülviranın 13 yaşlı qızı Zeynəbin anasına ünvanladığı ürək sözləri isə qonaqları kövrəltdi. Anasına xoşbəxtlik arzulayan Zeynəb, bu xoşbəxtliyin axıradək davam etməsini dilədi və "Anamın çox xoşbəxt olmasını istəyirəm",-deyə əlavə etdi.

Əvvəlcə sakit keçən toy mərasiminin idarəçiliyini tanınmış şou-biznes jurnalistləri Afət Rahilqızı və Şahin Cavadsoy öz öhdələrinə götürdükdən sonra məclis əməlli-başlı qızışdı. Aparıcılıqla kifayətlənməyən Şahin müğənnilik də etdi və bu onda heç də sinəsinə döyən bir çox populyar müğənnilərdən pis alınmadı. Ülvira və Tərlan bircə saat yerlərində sakit oturmağa tab gətirdilər. Cütlük öz toyunda nələr etdi, gərək şahid olaydız. Rəqs etməkdən yorulmayan Tərlan və Ulvira fasilələrlə gah aparıcılıq etdilər, gah nağara çaldılar, gah da mahnı oxudular.
Avropa prodüsseri Sultan Mustafayev isə qonaqları yaxşı mənada təəcübləndirməyi bacardı. Prodüsserin ifası və toyu idarə etməsi nəinki qonaqların, hətta şadlıq sarayının rəhbərliyinin marağına səbəb oldu. Yeri gəlmişkən, Sultan Ulviranın toyundan etibarən həmin məkanda müğənni kimi fəaliyyət göstərəcək.

Əvvəlcə Ulviranın həmkarı Elgizin məclisə düz 3 saat gecikməsi söz-söhbətə səbəb oldu. Və nəhayət saat 22:00-da Elgiz məclisə təşrif buyurdu. Onun gəlişi ilə məclis daha da şənləndi. Müğənnilik fəaliyyəti ilə məşğul olan Elgiz, Ulviranın toyu günü 4 toy məclisində iştirak etdiyini bizə deyib, toyu idarə etməyə başladı.

Qonaqlar arasında "Toy olsun" layihəsində evlənmiş cütlüklər də var idi. Onların fəal iştirakı məclisi daha da rəngarəng etdi.

Toyun əvvəlində anasına xoşbəxtlik diləyən Zeynəb bəy və gəlin avtomobilə oturmaq istəyəndə anasını bərk-bərk qucaqlayıb buraxmaq istəmədi. Dəqiqələrlə davam edən bu səhnə toydan çıxımış qonaqlarla yanaşı, yoldan keçənlərin də diqqətini cəlb etdi. Ulvira və ətrafdakılar Zeynəbi bir təhər dilə tutub sakitləşdirdilər.

Təzə bəy və gəlin isə tanınmış prodüsser Cenk İçtenin gecə klubunun açılış mərasiminə üz tutdular. Həm də gəlinlik libasında...