Toyda qan töküldü

toyda-qan-tokuldu
Oxunma sayı: 686

Milli.az-ın məlumatına görə, hadisə oktyabrın 11-də axşam saatlarında Sabunçu rayonu ərazisində yerləşən şadlıq sarayında qeydə alınıb.

Bakıxanov qəsəbəsi S.Kamilov küçəsində yerləşən “Şəhriyar” şadlıq sarayında Bərdə rayon sakini Sahil Məhərrəmov həmyerlisi Elnur Səfərovu bıçaqlayıb.

Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsindən verilən məlumata görə, S.Məhərrəmov artıq saxlanılıb. O, ilkin ifadəsində hadisənin yeyib-içmək üstündə baş verdiyini deyib.

Faktla bağlı araşdırma aparılır.