Toyuqdan xəbərsiz “kitayski” yumurta

toyuqdan-xebersiz-kitayski-yumurta
Oxunma sayı: 1230

“Qafqazinfo” xəbər verir ki, bu dəfə də bu ölkənin şəhərlərinin birində aparılan reyd zamanı saxta yumurta istehsal olunan müəssisə aşkarlanıb. Məlum olub ki, bu yumurta kimyəvi maddələrdən istifadə etməklə istehsal olunur. Başqa sözlə, bu işdə toyuq saxlamağa, onu böyüdüb-artırmağa ehtiyac yoxdur. Mütəxəssislərin rəyinə görə, yumurtanın qabığının hazırlanmasında kalsium-korbonatdan istifadə olunur. Saxta yumurtanın içi isə jelatin, boyayıcı və digər maddələri qarışdırmaqla hazırlanır.

Saxta yumurta təbii yumurtadan bir qədər iri olması ilə fərqlənir. Bundan başqa qabığı daha parıltılı olan bu yumurtaları ələ alıb tərpətdikdə içindən taqqıltı səsi gəlir. Saxta yumurtanın digər fərqləndirici cəhəti odur ki, çırpılan yumurtanın ağı sarısıyla tez qarışır. Əgər sarısı normadan tünd olan bu yumurtanın istehsalı yayılarsa onun xüsusən qaraciyəri zədələyəcəyi bildirilir.

Raminə Eyvazqızı