BTQ üçün alınan qatar Türkiyəyə çatdırılıb

btq-ucun-alinan-qatar-turkiyeye-catdirilib
Oxunma sayı: 2103

İsveçrənin “Stadler” şirkəti tərəfindən Azərbaycan Dəmir Yolları üçün istehsal edilən Bakı-Tbilisi-Qars-Ankara-Bakı reysini yerinə yetirəcək 10 vaqondan ibarət sərnişin qatarı Türkiyəyə çatıb.

“Qafqazinfo” “Kars Manşet”ə istinadən xəbər verir ki, gecə səfərlərini yerinə yetirəcək qatarda 9 yataqlı vaqon və bir yemək vaqonu var. Türkiyəyə lokomotivlə aparılan yeni nəqliyyat vasitəsi Türkiyə-Gürcüstan sərhədindən keçirilərək Azərbaycana gətiriləcək. 

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində Ankara-Bakı, Bakı-Ankara reyslərini yerinə yetirəcək qatarın səfərləri 2019-cu ilin sonundan etibarən gerçəkləşdiriləcək.