TQDK imtahan nəticələrini açıqladı

tqdk-imtahan-neticelerini-aciqladi
Oxunma sayı: 632

“Qafqazinfo”nun Trend-ə istinadən xəbər verir, Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, imtahan nəticələri TQDK-nın rəsmi saytında yerləşdirilib. Abituriyentlər imtahan nəticələri barədə məlumatları, həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.
Qeyd edək ki, bu il III qrup üzrə 30831 abituriyent ərizə təqdim edib. İmtahanlar respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Lənkəranda keçirilib.