“Trabzonspor” səfərdən məyus döndü

trabzonspor-seferden-meyus-dondu
Oxunma sayı: 635

Azerisport.az xəbər verir ki, ənənəvi olaraq, yenə oyunlar iki günə bölüşdürülüb.

İlk oyun günündə A, B, C və D qruplarının oyunları keçirilib. Bu oyunlar arasında “Manchester City” – “Villarreal”, “Napoli” – “Bayern”, “Lille” – “Inter”, “Real” – “Olympique” kimi prinsipial və maraqlı görüşlər vardı. MC doğma meydanda məğlub duruma düşdüyü qarşılaşmanı sonda əzmkar qələbə ilə bitirib. "Napoli" isə almanların erkən qoluna yalnız cavab verə biliblər və görüş sülhlə bitib. A Seriyasında bərbad çıxışı ilə diqqət çəkən "İnter" səfərdə "Lille" üzərində minimal hesablı qələbə qazanmağı bacarıb. "Real" isə fransızlara evdə divan tutub.

Azərbaycanlı futbolsevərlər üçün daha maraqlı görüş Türkiyənin “Trabzonspor” klubunun səfərdə Moskva CSKA-sı ilə qarşılaşmasıydı. Qrupun lideri olan türklər bu görüşdə heç də yaxşı təsir bağışlamayıblar. Şanslarından daha yaxşı yararlanan ruslar "Trabzonspor"u darmadağınla yola salıblar. Türklər öz qapılarından 3 cavabsız top buraxıb.

Qalan qrupların oyunları isə bu gün keçiriləcək.