TRT Azay Quliyevin müsahibəsini yayımladı

trt-azay-quliyevin-musahibesini-yayimladi-
Oxunma sayı: 652

“Qafqazinfo”nun qhtxeber.az-a istinadən məlumatına görə, reportaj Şura sədri Azay Quliyevlə Bakıda səfərdə olan TRT xəbər dairəsi başqanlığından xəbər spikeri Hamza Günerigök arasında keçmiş görüşə həsr olunub. Reportajda Azay Quliyev Azərbaycanda QHT sektorunun vəziyyəti, QHT-lərə Dövlət Dəstəyinin mahiyyəti, QHT sektorunun inkişafı üçün atılan addımlar, Türkiyə-Azərbaycan münasibətləri haqda fikirlərini açıqlayıb. Qeyd edək ki, reportaj gün ərzində 3 xəbət bülletenində təkrarlanıb.

Xatıqladaq ki, türkiyəli qonaq Beynəlxalq Diaspor Mərkəzinin dəvəti ilə Bakıda səfərdə olublar. Qonaq öncə Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib, Bayraq Meydanı ilə “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi ərazi ilə tanış olub.