“TRT Azərbaycanın səsi, dili, qulağıdır”

<b>“TRT Azərbaycanın səsi, dili, qulağıdır”</b>
Oxunma sayı: 116

“Qafqazinfo”nun məlumatına görə, tədbiri giriş sözü ilə açan TRT-nin Bakı təmsilçiliyinin nümayəndəsi Yüksəl Dəyərcan bildirib ki, TRT yarandığı gündən Azərbaycanın sevincini də, kədərini də, eləcə də Xocalı qətliamını dünya ictimaiyyətinə təqdim etməyə çalışıb. TRT-ni ildönümü münasibətilə təbrik edən Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç Azərbaycanda xidmət etdiyi üçün qürur duyduğunu bildirib. Bakını vətəni adlandıran Kılıç TRT Bakı nümayəndəliyi ilə birlikdə işlədiklərini söyləyib: “TRT Azərbaycanın səsi, dili, qulağıdır. Azərbaycan vətəndir. Onun sevinci də, kədəri də bizimdir”. Səfir onu da qeyd edib ki, TRT Azərbaycanın əksinə deyil, Azərbaycan xalqının istəklərinə cavab verən fəaliyyətini davam edəcək.

Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova TRT Bakı nümayəndəliyini diplomla mükafatlandırıb.

TRT kanalını 10 yaşı münasibətilə təbrik edən yazıçı Anar bu hadisəni belə xatırlayıb: “10 il bundan əvvəl 1 iyun uşaqlar bayramı idi, onun ertəsi gün yeni bir cocuq-TRT Bakı nümayəndəliyi doğuldu”.

Tədbirdə iştirak edən millət vəkili Gülər Əhmədova isə Turanın təkcə Azərbaycan və Türkiyədən ibarət olmadığını və bütün türk dövlətlərinin ortaq başa düşəcəyi türk dilinin vacibliyini vurğulayıb. O, bu missiyanı yerinə yetirmək üçün TRT-nin üzərinə böyük məsuliyyət düşdüyünü deyib.

Nərgiz Ehlamqızı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi