Tünzalə Ağayevadan vətənpərvərlik layihəsi

tunzale-agayevadan-vetenperverlik-layihesi-
Oxunma sayı: 812

“Qafqazinfo”nun məlumatına görə, layihənin məqsədi uşaqlar, yeniyetmələr və gənclər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək, milli vətənpərvərlik ruhunu aşılamaq və gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasını təbliğ etməkdir. Layihə çərçivəsində T.Ağayevanın vətənpərvərlik ruhunda yazılmış mahnılarından ibarət “Anam Azərbaycan” adlı diski pulsuz olaraq uşaq bağçalarına, orta məktəblərə və ali təhsil ocaqlarına paylanılacaqdır.

Diskə 13 mahnı daxildir, onlardan 2-si instumental versiyada hazırlanııb. “Ölkəm” romansı istisna olmaqla, albomda yer alan bütün mahnıların müəllifi Tünzalə Ağayevadır, sözləri isə Səməd Vurğun, Mirvarid Dilbazi, Sədaqət Kərimovaya məxsusdur.

Diskə daxil olan mahnılardan üçünün sözləri isə millət vəkili Qənirə Paşayevaya məxsusdur.

Layihə çərçivəsində ilk aksiya bu ilin dekabrın 26-da “Çeburaşka” uşaq bağçasında başlayacaq.