Tüpürmək adəti

tupurmek-adeti-
Oxunma sayı: 970

Amma Space telekanalında “BİZi barişdırın” verilişinin aparıcısı psixoloq İlham Mirzəyevin sözlərindən sonra mən də cəsarət tapdim. Deməli, verilişlərinin birində qonaq olan və nişanlısını təhqir edən oglana hirslənən İlham müəllim həmin oğlanın nışanlısı qiza belə təssəlli verir: “Qızım bu oğlana mən tüpürdüm, sən də get tüpür ona ...”. Əgər auditoriyası geniş olan tv-də belə fikir ölçülüb-biçilmədən ifadə olunursa, mənə də yəqin irad tutan olmaz.

Bu yaxında Türkiyənin Muğla şəhərində bir kişi binanın 3-cü mərtəbəsindən tüpürmək istəyəndə pəncərədən yerə düşərək ölüb. Kişinin ölümü bu vaxta qədər bəlkə də eşitdiyim tragikomik ölümlərdən ən gülməlisidi. Bizim camaatda da bu hərəkətmi deyim, ya adətmi deyim yamanca yayılib. Yəqin bizdə də nə vaxtsa bu “işi” görən kəslərdən belə aqibətlə ölən olub. Amma hansı ölü yiyəsi deyər ki, filankəs pəncərədən tüpürmək istəyəndə ölüb, onda huzrə gələnlər nə fikirləşər, ya ehsan süfrəsinə heç oturarmı? Əzrayılın da maraqlı ssenariləri var.

Ümumiyyətlə, hər səhər kücəylə gedən kişilərin çoxu, hər kəs nəsə yerə tüpürməyə adət edib. Hərdən bu işi elə hay-küylə edirlər ki, adam qəflətən səksənir. Küçə boyu yerə baxa-baxa gedirsənsə, yol boyu ürək acan səhnədən kiminsə kefinin, iştahasının pozulacağı, bir sözlə qanının qisa müddətdə olsa qaralacağı dəqiqdir. Bu camaatın evində tənəffüs yollarını təmizləyəcək yerimi yoxdur, ya millət hirsini, aciğını küçəyə tüpürməkləmi soyudur. Biri səhər yeməyinə istədiyini tapmadıgindan, biri həyat yoldaşı bu basabasda reklam olunan şubanı istədiyi üçün, biri qaz gəlmədiyindən, bayramqabağı məktəbə pul yığırlar deyə qəzəblənir. Ya da gücü catmadığı, hətta bir əliylə boğmaq istədiyi müdürünəmi, dövlət məmurunamı aciğı tutub... Axi bu kücələrin Evroviziona qədər gözəlləşməsi üçün dövlət gecə-gündüz baş sındırır. Əslində tüpürmək insanın şəxsi keyfiyyətlərindən meydana gələn xüsusiyyətdir. Hər kəs də bu işi kücədəcə etməyə “cürət” etməz. Hətta stomotoloqun yaninda bele cəkinənlər var. Mədəniyyət qaynayir da .

Bir neçə il əvvəl ölkəmizdəki Türkiyə səfirliyinin nümayəndələrindən biriylə söhbətdə də bu irada utana-utana qulaq asmışdım. Həmsöhbətim bizim qonaqpərvərliyimizdən çox razı qaldığını amma heyif ki səhərlər işə tələsəndə küçələrin halından narazı qaldıgını dedi. “Bu harda gəldi yerə tüpürmək xüsusiyyəti nə deməkdirsə, bircə mən sizin şəhərdə rastlaşmışam. Ayaqqabım batmasin deyə, ayaqaltına baxa-baxa gedirəm onda da səhər-səhər kefim, iştəham qaçır”. Düz sözə nə deyəsən. Zibil vedrəlik deyil ki, buna da əncam cəksinlər, ya da iri reklam şitinə “Yerə tüpürməyin! O şəhərimizin üzüdü!” yazılacaq deyil ki. Axı bu şüardan da nə pul qazanılacaq axı.

Bu vacib məsələdən danışanda, yadıma “Titanik” filmindəki aşiqlərin tüpürmə yarışı düşür. Filmin o hissəsini hardasa başa düşmək olardı, dəlisov sevgililər bekarçıliqdan dənizin ortasında məşğuliyyət tapmirdilar da neyləsinlər. Elə deyəsən bizdə də, belələri var. Azyaşlı məktəbli uşaqlar da bu işə həvəs göstərirlər, uşaqlar neyləsin onların da oxumağa, tərbiyə götürməyə həvəsi yoxdu.

Bizim də, bir qonşumuz var. O da ilin bütün fəsli, günün bütün saatlarında tüpürmək vərdişındən əziyyət çəkir. Xüsusən, şənbə-bazar günləri. Mətbəximiz onun eviylə üzbəüz olduğundan səhər yeməyimizi onun sevimli vərdişindən qabaq yeməyə can atiriq. Düzü Türkiyədə tüpurməyinin qurbanı olan kişinin xəbərin eşidəndə qonşumuz yadıma düşdü. Bizim qonşunu da bir anlıq onun yerinə qoymaq istədim. Amma mümkün olmayan işdir, ən əvvəl bu aqibəti ona arzulamazdım, həm də o onsuzda birinci mərtəbədə yaşayır.