Turan İbrahimov ANS-dən qovuldu

turan-ibrahimov-ans-den-qovuldu-
Oxunma sayı: 670

Debat zamanı AXP lideri Pənah Hüseyn və BQP sədri Fazil Mustafa arasında dava düşüb. Hətta P. Hüseyn opponentinin üzərinə yeriyib. Baş tutmayan debatın ardınca aparıcı da bu gün televiziyadan ayrılıb. Məlumatlara görə, onun işdən çıxarılmasına səbəb ANS rəhbərliyi ilə arasındakı mübahisə səbəb olub.

Artıq sözügedən verilişin yeni aparıcı ilə çəkilişlərinə başlanılıb. T. İbrahimovun yerinə Sevinc Osmanqızı verilişin çəkilişlərinə aparıcı kimi qatılıb.
“Qafqazinfo”nun T. İbrahimovla əlaqə yaratmaq cəhdləri alınmayıb.