“Turan İbrahimov bolşevik təfəkkürlüdür”-Cavab

turan-ibrahimov-bolsevik-tefekkurludur-cavab-
Oxunma sayı: 653

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri “Dalğa” Gənclər Hərəkatının sədri Orxan Nəbiyev Turan İbrahimovun onun rəhbərlik etdiyi təşkilat haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. “Dalğa” rəhbəri bildirib ki, Azərbaycan gəncləri özlərinin intelektini inkişaf etdirməyin əvəzinə, erməni gəncləri olan tədbirlərdə, seminarlarda iştirak etməməyi, onlardan qorxmağı, şəkil çəkdirməkdən çəkinməyi, onlar olan yerdə əylənməməyi üstün tuturlar: “Bu kimi neqativ düşüncə tərzinə uyğun olaraq, erməni ilə bir tədbirdə iştirak edən şəxs, şəkil çəkdirən şəxs satqın, vətən xaini, cinayətkar damğası alır”.

Bu cür linçləmələrin Azərbaycan dövlətinin konstitutsion quruluşuna zidd olduğunu deyən Orxan Nəbiyev əlavə edib ki, konstitutsiyada qeyd edildiyi kimi, Azərbaycan Respublikası dünyəvi, unitar, demokratik və hüquqi dövlətdir: “Bundan əlavə beynəlxalq səviyyədə qəbul olunmuş hüquqi preziuma əsasən insanın cinayəti məhkəmə tərəfindən sübut edilməyibsə, ona cinayətkar adı vermək, artıq cinayət məsuliyyəti daşıyır. “Dalğa” Gənclər Hərəkatı hər zaman insan haqlarının müdafiə edib. Biz hər zaman bizə qarşı və məzlumlara qarşı atılan bu cür çamurlara cavab vermişik və hər zaman verəcəyik”.

Fatimə Kərimli