“Turan İbrahimov bu qazanda bişməyib”-Cavab

turan-ibrahimov-bu-qazanda-bismeyib-cavab
Oxunma sayı: 680


“Turan bəy, bəzi hökmlər verir və müxalifətə də siyasət öyrətmək iddiasındadır. Təəssüf edirəm. O, tələsir, amma siyasət dəryadır, baş vurduqca daha da dərinliklərə gedirsən. Orada o qədər balıqçı torları qurulub ki, içinə düşdün çətin ki, qurtula biləsən. Siyasət torundan qurtulmaq ancaq kinolarda və animasiya filmlərində mümkündür. Turan bəy də siyasət qazanında bişməmiş, təcrübəsizlikdən böyük balıq ovuna çıxıb”. Bu sözləri Turan İbrahimovun “Qafqazinfo”ya müsahibəsinə cavab verən AXCP sədrinin müavini Razi Nurullayev bildirib. Partiya sədrinin müavini qeyd edib ki, qorxuram ki, o balıq tutmaq əvəzinə özü bir ova çevrilsin.

R. Nurullayev T. İbrahimova məsləhət də verrib: “Yaxşı olardı ki, o kiçik işlərdən yapışıb, böyük işlərə doğru gedəydi. Bu, gülüş hədəfinə çevrilməkdən qurtulmaq üçün ən əlverişli vasitədir. Bunu ona görə vurğulayıram ki, hətta YAP-çılar da onun müsahibəsini oxuyanda, yəqin ki, gülürlər. Gülmək, özü-özlüyündə pis deyil. Kaş ki, bü gülüş acı gülüş olmasın. Turan bəy, reallıqlardan uzaqlaşmiş kimi görünür. Bir söz var: “Katolikdən çox katolik olmaq”. Turan bəy də “YAP-çılardan çox YAP-çı” olmaq istəyir. Amma, Turan bəy, fakt odur ki, originaldan yaxşı original olmaq mümkün deyil. Üzürlü sayın məni, Turan bəy bu bənzətməyə görə, və xahiş edirəm ki, əzizim, bu bənzətmədən inciməyin. Bilirsiniz ki, bazarda həm original Emporio & Giorgio, Louis Vuitton, Lacoste və s. original geyimlər satılır, həm də onların saxta “original”ları. Bəlkə də, o saxta “original”lar keyfiyyətcə əslindən daha keyfiyyətlidir. Amma, hamı çalışır ki, originalını alsın. Arzu edirəm ki, həmişə original olasınız. Onsuz da, nə qədər çalışsanız da, original olasınız, YAP qədər original ola bilməyəcəksiniz. Öz yolunuzu tutun, əzizim. Bilik və bacarığınızı faydalı işlərə sərf edin. Mən danmıram ki, sizin içinizdə bir ədalət hissi var, ədalətli və mədəni gənc təsiri bağışlayırsınız. Amma, məqsədlərinizə çatmaq üçün düşündüyünüz yol, zənnimcə, yanliş yoldur”.

R. Nurullayev həmçinin cavabında qeyd edib ki, hazırda müxalifətə təklif olunan mitinq yeri çox yararsızdır: “Sizə təklif edirəm ki, özünüz Bibiheybətdə müxalifətə təklif olunan meydana gedəsiniz və bu istinin günündə o xarabalığa bənzəyən yerdə öz tərəfdarlarınızla YAP-yönlü tədbir keçirəsiniz. Özünüz də, mədəniyyət və incəsənətə yaxın adamsınız. Şahidi olacaqsınız ki, orada yaxşı “ujas” – “vahimə” filmləri çəkmək olar. Bəlkə, belə bir film çəkmək ürəyinizədn keçər. Maliyyə tapa bilməsəniz, mən bir neçə mədəniyyətlə bağlı xarici fondların yerli konsultantı kimi də fəaliyyətt göstərirəm. Bəlkə də, sizə bu sahədə yardımçı da ola bilərəm” .