Turan İbrahimov Əli Kərimlinin müavininə cavab verdi

turan-ibrahimov-eli-kerimlinin-muavinine-cavab-verdi
Oxunma sayı: 875

“Qafqazinfo”nun məlumatına görə bunu keçmiş teleaparıcı Turan İbrahimov redaksiyaya ünvanladığı açıqlamada AXCP sədrinin müavini Razı Nurullayevin onun barəsində dediklərinə münasibət bildirərkən deyib: “O ki qaldı Razi Nurullayevin mənim son müsahibəmlə bağlı verdiyi açıqlamaya, bu da həmin yanaşmalardan biridir. Razi Nurullayevin kim olduğunu bilmirəm. Amma uzun illər siyasətdə olan şəxslərdən onun kimliyini soruşanda, hamı birmənalı olaraq bildirir ki, Razı Nurullayev ölkədə elə bir partiya qalmayıb ki, onun üzvü olmasın. Bir vaxtlar YAP funksioneri olmuş Rza İbadovun köməkçisi vəzifəsindən tutmuş, KXCP sədri Mirmahmud Mirəlioğlunun müavini vəzifəsinə kimi fəaliyyət göstərib. Deyilənə görə İsa Qəmbərin də müavini olmaq istəyib, lakin İsa Qəmbər imtina edib. İndi də Əli Kərimlinin müavini işləyir. Bu adama hamı gülür. Onun haqqında siyasi lətifə də qoşublar ki, görəsən bu il Razi Nurullayev hansı partiyanın üzvü olacaq?! Belə adamlara böyük siyasətdə siyasətbaz deyirlər. Ona görə də bu adamın mənim haqqımda nə deməsinin heç bir əhəmiyyəti yoxdur.

Mən bu sahəni düşünülmüş olaraq seçmişəm və kimin nə deməyindən asılı olmayaraq yolumu davam etdirəcəyəm. Azərbaycanın uğurunu isə xarici təşkilatların əlaltısına çevrilən, hətta milli maraqlarımızı ayaq altına atan oyuncaq siyasi təşkilatlarda deyil, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün onun davamçısı olan cənab prezident İlham Əliyevin rəhbərlik etdiyi siyasi təşkilatda görürəm”.