Turan İbrahimov müxalifətçi gənclərə müraciət etdi- Mətn

turan-ibrahimov-muxalifetci-genclere-muraciet-etdi-metn-
Oxunma sayı: 711

“Qafqazinfo”nun məlumatına görə, o öz müraciətində gəncləri müxalifətin mitinqlərində iştirak etməməyə çağırıb: “Əziz soydaşlarım, həmvətənlərim! Sizin hislərinizi və istəklərinizi anlayıram. Sərbəst toplaşmaq hüququnuza hörmətlə yanaşıram. Piketlər, mitinqlər keçirmək haqqınızdır. Amma bütün bu haqlarınızı qanunlar çərçivəsində yaşamalı, icazəsiz mitinqlərdən uzaq durmalısınız. Radikal müxalifət başçıları, partiya diktatorları şəxslərin şəxsi ambisiyalarının qurbanına çevrilməməlisiniz. O şəxslərin sırf öz varlıqlarını qoruyub saxlamaq, gündəmdə qalmaq və dividentlər əldə etmək üçün yaratmağa çalışdıqları gərginlik ssenarilərinin alətinə çevrilməməlisiniz. Onların məqsədi "Don Kixotluq" edərək, qeyri-sabitlik yaradaraq hökuməti şantaj etməkdir. Bir heç uğruna özünüzü xərclədib, gələcəyinizi puç etməməlisiniz. Onsuz da geniş xalq kütlələrinin bu icazəsiz mitinq cəhdlərinə laqeyd olduğunu anlamalısınız. Çünki qısa zaman öncə ki, mitinq cəhdləri artıq bunu sübut edib.

Bir daha vurğulayıram, partiya diktatorları olan avantüristlərin fitnələrinə uymayın, qanunları pozaraq özünüzü suçlu duruma salmayın. Sizi önə verib, özləri gizlənən insanlara görə ortalıqda xərclənib getməyə, qətiyyən dəyməz! Ümid edirəm ki, məntiqli davranacaq, ayın 19-u içazəsiz yerdə, icazəsiz mitinqə qatılmayacaqsınız!”.