Turan İbrahimovdan 2 aprel mitinqinə etiraz

<b>Turan İbrahimovdan 2 aprel mitinqinə etiraz</b>
Oxunma sayı: 178

Facebook-da “İlham Əliyev ilə sabitliyə və inkişafa dəstək” qrupunun təşkilatçısı Turan İbrahimov müxalifətin 2 aprel mitinqinə sərt etirazını bildirib. “Qafqazinfo”ya açıqlamasında o bildirib ki, Azərbaycan müxalifətinin sosial dayaqlarının çox zəif olduğu heç kimə sirr deyil: “Bunu onların qısa zaman öncəki cəhdləri də sübuta yetirdi. Lakin görünür Qərbdəki havadarlarına öz mövcudluqlarını nümayiş etdirmək üçün, müxalifətə bu cür lazımsız hay-küy salmaq hava-su kimi lazımdır! Onlar bu yolla, heç olmazsa öz mövcudluqlarını qoruyub saxlayacaqlarına ümid edirlər... Lakin bir şeyi unudurlar ki, paytaxt Bakıdakı ən kiçik iğtişaşlar, qarşıdurmalar ümumilikdə dövlətçiliyimiz və ərazi bütövlüyümüz üçün arzuolunmaz fəsadlara gətirib çıxara bilər. Bu isə bir daha Azərbaycan müxalifətinin hansı məsuliyyət hissinə sahib olduğunu göstərir. Mən əminəm ki, başda ayıq-sayıq Azərbaycan gəncliyi olmaqla, xalqımız onların növbəti cəhdlərini də puç edəcək. Növbəti dəfə də özləri yığışıb, özləri deyib və özləri eşidəcəklər!”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi