Turan İbrahimovdan “Dalğa”-çılara qarşı- Bəyanat

turan-ibrahimovdan-dalga-cilara-qarsi-beyanat
Oxunma sayı: 649

Onun sözlərinə görə, “Dalğa”-çılar hətda adi “dığa” sözünü belə qan düşmənlərimizə yaraşdırmayaraq hər kəsi “etik” olmağa çağırırlar. T. İbrahimov qeyd edib ki, nəyin ki, torpaqlarımızı işxal etmiş, bütövlükdə tariximizə-mədəniyyətimizə göz dikmiş, ana-bacılarımızın namusuna təcavüz etmiş, körpələrimizin başını kəsmiş, Xocalı kimi dəhşətli faciəni törətmiş bir millət bizim əlbətdə ən ağır sözlərimizə layiqdir. Və damarlarında azərbaycanlı-türk qanı axan hər kəs onlara təbii nifrətini biruzə verməkdə haqlıdır: “Lakin “Dalğa” GH-nin üzvləri bunu özlərinə rəva bilmirlər, əksinə gənclərin beyinlərini yuyaraq onları geridəqalmışlıqda və başqa şeylərdə günahlandırırlar. Düşünürəm bu missiyanı onlara Gürcüstan Respublikasında tez-tez iştirak etdikləri tədbirlərdə pivə içib, rəqs etdikləri erməni dostları aşılayıb. Ermənistan prezidenti Serj Sarkisyanın öz gənclərini türkə qarşı nifrətə və mübarizəyə səslədiyi sərsəm açıqlaması fonunda “Dalğa” GH-nın bu missiyası olduqca diqqət cəlb edir. Erməniyə adicə “”dığa” deyilməsinə dözməyən bu “ultra liberallar” sabah müharibə başlayacağı təqdirdə nə mövqe tutacaqlar olduqca düşündürücüdür...

Mən vətənpərvər Azərbaycan gənci olaraq bütün millətçi-vətənpərvər şəxs və təşkilatlara səslənirəm! Gəlin içimizdəki erməni təssübkeşlərini, vəkillərini şiddətlə qınayaq və onları ictimaiyyət qarşısında ifşa edək. Bu kimi halların qarşısı alınmadığı, ictimai qınağa təqdim olunmadığı müddətcə, ölkəmizə kənardan hələ çox düşüncələr, missialar idxal olunacaq. Hər birinizi bu məsələyə həssas yanaşmağa dəvət edirəm...“