Turan İbrahimovun “Facebook” statusu qalmaqal yaratdı

turan-ibrahimovun-facebook-statusu-qalmaqal-yaratdi
Oxunma sayı: 704

“Qafqazinfo”nun məlumatına görə, teleaparıcının Eynulla Fətullayev haqqında işlətdiyi ifadələr sosial şəbəkənin bir sıra istifadəçiləri tərəfindən etirazla qarşılansa da, bəzi istifadəçilər onun fikirlərinə dəstək olublar. Həmin statusda T. İbrahimov belə yazıb:

“Eynulla Fətullayev fəxrlə açıqlama verib ki, Londonda bir kitab çap olunub. Azərbaycandan da kitaba yalnızca o düşüb. Məsələn Orxan Pamuk, Hrant Dink və s. şəxslərlə yanaşı. Pamuku türk olduğu halda "erməni soy qırımı"olub dediyinə görə, Dinki erməni olub Türkiyədə öldürüldüyünə görə, Fətullayevi isə yəqin Xocalını ermənilər yox azərbaycanlılar törədib dediyinə görə... Dissidentlik bu demək imiş!”