“Türk dövləti belə xain silahlı hücumlar qarşısında əyilməyəcək”

turk-dovleti-bele-xain-silahli-hucumlar-qarsisinda-eyilmeyecek
Oxunma sayı: 673

Birliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan başsağlığı məktubunda deyilir: “Demokratik İslahatlara Vətəndaş Dəstəyi İctimai Birliyi olaraq qardaş ölkə Türkiyə Cümhuriyyətində yaşanan son terror hadisələrini və bizi dərindən yaralayan bu gecəki hücumları şiddətlə qınayır və lənətləyirik. Gecə saat 01.00 kimi Türkiyə də əsgər və polislərin olduğu bölgələrə eyni anda səkkiz nöqtədən xaincə hücuma uğrayaraq şəhid olan 24 Türkiyə əsgərinə və polisinə ALLAHdan rəhmət, 18 yaralı təhlükəsizlik əməkdaşına isə uca ALLAHdan şəfalar və yaxınlarına səbir diləyirik. Türk milləti və Türk dövləti belə xain silahlı hücumlar qarşısında əyilməyəcək qədər asil və güclü dövlətdir. İnanırıq ki, Türkiyə Cümhuriyyəti lazım olan cavabı ən qısa zamanda və ən yüksək səviyyədə verəcəkdir.

Bütün Türk dünyasının başı sağ olsun”.