Türk futbolçu ölümdən döndü - Video

turk-futbolcu-olumden-dondu-video
Oxunma sayı: 655

“Qafqazinfo” xəbər verir ki, oyun zamanı 23 yaşlı futbolçu Serkan Esenin dili boğazına qaçıb. Belə ki, futbolçu topu “Orhangazispor”un qapısından keçirmək istəyərkən qapıçı dizi ilə bu cəhdin qarşısını almağa çalışıb. Bu zaman qapıçının dizi Serkanın üzünə dəyib və o, yerə yıxılıb. Həkimin müdaxiləsindən sonra dilinin boğazına qaçdığı bəlli olub. Bütün futbolçuların ümidlərini üzərək ”Serkan öldü”- deyə göz yaşları axıtmasına baxmayaraq, təcili tibbi yardımla xəstəxanaya aparılan futbolçunun şüurunu özünə qaytarmaq mümkün olub. Lakin zədə nəticəsində Serkan Esenin burnu və almacıq sümüyü sınıb.