Türk mətbuatı İntiqam Əliyevə haqsızlığı üzə çıxardı

turk-metbuati-intiqam-eliyeve-haqsizligi-uze-cixardi
Oxunma sayı: 681

“Qafqazinfo”nun məlumatına görə, “Radikal” saytı İstanbul hava limanında polisin İntiqam Əliyevin adını görüncə onu azəri mahnısı ifa edən şəkildə səsləndirib. Daha sonra isə pasportu etinasız şəkildə vəkilə uzadıb və o yerə düşüb. İntiqam Əliyevin “Mənə niyə belə davranırsınız” sualından sonra isə polis pasportu kobud şəkildə götürür və “Götür çıx get” deyir. Azərbaycanlı vəkil “Məmur oğlanın amiri kimdir” deyə soruşduqda isə polis pasportu onun əlindən almağa çalışır və bu zaman bilet cırılır. Məmur vəkilin ona “amele” (hambal) dediyini zənn edərək təhqir edildiyini iddia edir. Türkiyə saytı isə təsdiqləyir ki, Azərbaycan dilində belə bir söz yoxdur. Daha sonra 15 polis onu yuxarı mərtəbəyə çıxarır. Dörd saat pəncərəsiz bir otaqda saxlanılır. Məhz həmin polisin də ona yumruq vurduğu bildirilir. Bundan sonra da vəkilin “amele” dediyi iddiası ilə əməliyyatlara başlanılır və nəticədə Türkiyəyə girişinə bir il qadağa qoyulur.

Qeyd edək ki, bir sıra beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, “Freedom House”, “Human Right Watch” olayla əlaqədar Türkiyənin müvafiq qurumlarına müraciət ünvanlayıblar.

Səidə