Türk serialında ikinci şok

turk-serialinda-ikinci-sok
Oxunma sayı: 647

"Adını Feriha Koydum" serialında ikinci xərçəng şoku yaşanıb. “Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, serialda qapıçı Zəhra rolunu oynayan Vahide Gördümdən sonra Sanem rolunu oynayan Deniz Uğur da döş xərçənginə tutulub. Aldığı bu xəbəri soyuqqanlılıqla qarşıladığını deyən Uğur gələn həftə əməliyyat olunacaq.

Aktrisa döş xərçənginin geniş yayıldığını və bunu təbii qarşıladığını deyib: “Üç uşağımla maraqlanıram. Düşünmək üçün daha önəmli şeylər var”.

Ən böyük dəstəkçisinin Vahide Gördün olduğunu deyən Uğur əməliyyatdan iki gün sonra yenidən çəkimlərə qatılacağını, kemoterapiya zamanı isə parikdən istifadə edəcəyini bildirib.