Türk serialları nə vaxt yayıma başlayacaq? - Anons

turk-seriallari-ne-vaxt-yayima-baslayacaq-anons
Oxunma sayı: 1185

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, artıq bir çox məşhur serialların yayım tarixləri açıqlanıb. Belə ki, ötən mövsümün ən çox reytinq qazanan seriallarından olan “Öylə bir keçər zaman ki” sentyabrın 6-da (Kanal D), “Fatmagülün suçi nə?” sentyabrın 8-də (Kanal D), “Adını Fəriha qoydum” sentyabrın 9-da (Show TV) yayıma başlayacaq. Mövsümün maraqla qarşılanan serialı olan “Mühtəşəm yüzyıl” və illərdir reytinqlərdə birinci olan “Kurtlar Vadisi Pusu” da sentyabr ayından yenidən efirlərdə olacaq. Bu iki serialın kanal trensferi də gözlənilir. ATV kanalında yayımlanan “Kurtlar Vadisi Pusu”nun artıq Türkiyənin TNT kanalında yayımlanması üçün razılığa gəlinib. “Mühtəşəm yüzyıl”ın isə hansı kanalda yayımlanacağı hələlik bilinmir. Yayılan məlumatlara görə, serial yeni yaranacaq TvN kanalına transfer olunacaq.

Qeyd edək ki, yeni mövsümdən efirə yeni seriallar da çıxacaq. Artıq anonsları verilən “Kuzey Guney” (9 sentyabrda Kanal D-də) və “Yalançı bahar”ın (Star TV) mövsümün iddialı seriallarından olacağı deyilir.

Nigar Məmmədli