Türk türkə dəstəkdir - Fotolar

turk-turke-destekdir-fotolar
Oxunma sayı: 655



Tələbələr sayı təxminən 100 nəfərə yaxın idi və onları sayı durmadan artırdı. Səfirliyin önündəki Atatürk parkına toplaşan gənclərin əlində Azərbaycan və Türkiyə bayraqları var idi. Onların PKK terrorunu lənətləyərək “Kahr olsun PKK”, “Şəhidlər ölməz, Vətən bölünməz” kimi şüarlar səsləndirdilər. Daha sonra isə aksiyaçılar birgə İstiqlal marşını oxudular.

Azərbaycan-Türkiyə Tələbələr birliyinin sədri Kadir Yıldız musavat.com-a açıqlamasında bildirdi ki, PKK-nın xain hücumunu lənətləmək məqsədi ilə buraya toplaşıblar: “Qardaş ölkədə atamız Mustafa Kamalın abidəsi önündə toplanmağımızın səbəbi Türkiyədə illərdir davam edən PKK terrorunu lənətləməkdir. Bu gün Bitlisdə gerçəkləşdirilən terror aktında 24 şəhid verdik. 11 ayda 100-ə yaxın şəhid vermişik. Şəhidlərimizə Allahdan rəhmət diləyərək, hər şeyə baxmayaraq millətimizi səbirli olmağa çağırırıq. Torpaq su ilə qarışdığında çamur, qanla qarışdığında vətən olur. Türk gəncliyi şərəfi ilə Qarabağda da ölməyi arzu edir. Kahr olsun PKK!”.

Bu arada aksiya ilə bağlı əraziyə çoxlu sayda polis çağırılmışdı. Lakin, onlar aksiyanı izləməklə kifayətləndilər.
Xatırladaq ki, oktyabrın 18-də axşam Türkiyənin cənub-şərqindəki Bitlis rayonu ərazisində PKK terrorçuları 5 polis əməkdaşını və 1-i uşaq olan 3 mülki şəxsi qətlə yetiriblər. Oktyabrın 19-na keçən gecə isə İraqın şimalından sərhəddəki Hakkari rayonu ərazisinə daxil olan terrorçuların hücumu nəticəsində 24 əsgər şəhid olub, 18-i yaralanıb.

musavat.com