“Türkdilli mətbuat orqanlarının Koordinasiya Mərkəzi yaradıla bilər”- Mövqe

turkdilli-metbuat-orqanlarinin-koordinasiya-merkezi-yaradila-biler-movqe
Oxunma sayı: 671

Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Bakıda oktyabrın 28-də Türkdilli ölkələrin və toplumların II Media Forumu öz işinə başlayıb.

Trend-in məlumatına görə, tədbirin təşkilatçıları Azərbaycan Mətbuat Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondudur.

Foruma Azərbaycanla yanaşı, Türkiyədən, Qazaxıstandan, Qırğızıstandan, Özbəkistandan, Türkmənistandan, Şimali Kipr Türk Cumhuriyyətindən, Rusiya Federasiyasının Tuva, Saxa, Xakasiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Tatarıstan, Başqırdıstan respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, Avropada türklərin kompakt məskunlaşdıqları bölgələrdən - Bolqarıstandan, Yunanıstandan, Makedoniyadan, İraqdan, Kosovadan nümayəndələr qatılıblar.