“Türkiyə alternativini müəyyənləşdirib” – Şərh

turkiye-alternativini-mueyyenlesdirib-serh
Oxunma sayı: 685

Bu həm ölkə içində, həm də beynəlxalq aləmdə böyük rezonans doğurdu. Anında Türkiyədə ən böyük qaz şirkəti olan Botaş – da əhaliyə verilən qazın qiymətini 15 faiz artırdı. İnsanların narazılığına səbəb olsa da, şirkət bunu bir o qədər də əhəmiyyət vermədi. Bu gün Türkiyə höküməti və əhalisi nəinki qazın qiymətinin artmasından, eyni zamanda qış ayları öncəsi ölkənin qaz təminatının necə olacağından narahatdır. Məsələ ilə bağlı politoloq Elşad Mirbəşir “Qafqazinfo”ya şərh verib. Politoloqun fikrincə Türkiyənin Rusiyadan qaz idxalına xitam verməsi böyük siyasi və iqtisadi hadisədir: “Türkiyə istifadə etdiyi qazın 64 faizini Rusiyadan alırdı. Birdən-birə bu həcmdə qazdan imtina etmək sadə bir qərar deyil. Deməli, Türkiyə əvvəlcədən imtina edilmiş həcmin alternativini müəyyənləşdirmişdir. Çox güman ki, Türkiyənin qaz təchizatında Yaxın Şərqin qaz ehtiyatlarından istifadə edilməsi nəzərdə tutulur. Çünki, Yaxın Şərqdə cərəyan edən siyasi proseslər Türkiyənin mövqelərinin möhkəmlənməsini şərtləndirmişdir. Hesab etmək olar ki, Türkiyə daha münasib qiymətlərlə qaz almaq imkanları əldə etmişdir. O ki, qaldı Türkiyənin qaz tələbatının ödənməsində Azərbaycanın roluna. Qeyd etmək lazımdır ki, ehtiyac yaranarsa Azərbaycan Türkiyənin qaz təchizatında öz töhfəsini verə bilər. Azərbaycan Respublikası enerji daşıyıcılarının diversifikasiyası siyasətini əsas tutur və energetika sahəsində istədiyi tərəflə sərbəst şəkildə əməkdaşlıq edir. Bu baxımdan, hesab edirəm ki, enerji sahəsində əməkdaşlıq məsələsi Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirəcək amil kimi nəzərdən keçirilməməlidir”.