Türkiyə bu gecə yatmadı

turkiye-bu-gece-yatmadi
Oxunma sayı: 648

Ankara, İstanbul, İzmir, Karaman, Ərzurum və digər şəhərlərdə aksiyalara minlərlə adam qoşulub. Paytaxt Ankarada nümayişçilər "Barış və Demokratiya Partiyası"nın baş ofisi önünə toplaşıblar. Binaya türk bayrağı asmaq istəyən bəzi nümayişçilərə xüsusi-təyinatlı dəstələr müdaxilə edib. Nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb. PKK əleyhinə şüarlar səsləndirilib.

Ərzurum şəhərində isə gecə saatlarınadək davam edən etiraz aksiyasından sonra "Barış və Demokratiya Partiyası"nın bölgə ofisi önündə gərginlik yaşanıb. Burada da nümayişçilərlə aksiyaya müdaxilə edən polislər arasında qarşıdurma baş verib. Polis insident böyümədən ortalığı sakitləşdirib.

Bu gün Van vilayətində PKK hücumu nəticəsində ölənlərin xatirəsinə matəm mərasimi keçiriləcək. Türkiyə silahlı qüvvələri isə ölkənin şimali İraqla sərhədində PKK terrorçularına qarşı əməliyyatı davam etdirirlər. Dünəndən etibarən əməliyyat nəticəsində 20-yə yaxın terrorçu zərərsizləşdirilib. Hakkarinin müxtəlif nöqtələrində əsgərlərə hücum edənlərin isə 200 nəfərdən ibarət bir qrup olduğu bildirilir.

ANS PRESS