Türkiyə bu qızı göndərəcək – Video

turkiye-bu-qizi-gonderecek-video
Oxunma sayı: 653

Yeni ilə bir neçə gün qalmış TRT-nin may ayında Bakıda keçiriləcək “Eurovision-2012” Mahnı Yarışmasına Kıracı göndərəcəyilə bağlı xəbərlər gündəmə gəldi. Ancaq Kırac TRT-dən təklif alması haqda açıqlama verdikdən sonra “TRT bu işi bilmir. Kıracın “Eurovision”da nə işi var? Serial musiqiləri yarışması sanırlar?” kimi təpkilər TRT-ni geri addım atmağa məcbur edib.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, bundan sonra TRT Musiqi Departamenti ilə TRT rəhbərliyi Şebnem Ferah, Atiye, Hande Yener, Murad Boz və Erhan Güleryüzün adlarının daxil edildiyi siyahı hazırlayıblar.

Son xəbərlərə görə, TRT rəhbərliyi bir an öncə adını açıqlamaq istədiyi “Eurovision” təmsilçisi üçün Şebnem Ferah və Atiye üzərində dayanıb.

Birincinin illərdir TRT-dən aldığı təklifləri müsbət qarşılamadığı məlum olduğu üçün, Atiye ən güclü namizəd kimi diqqətləri üzərinə çəkib.

TRT qaynaqları Atiyenin 80% Eurovision namizədi olacağını və bunun bir neçə gün içində açıqlanacağını deyir.

Nigar Məmmədli

AtiyeBud.flv