Türkiyə dünyaya demokratiya dərsi keçdi

turkiye-dunyaya-demokratiya-dersi-kecdi
Oxunma sayı: 685





Türkiyədə seçki yükəsk səviyyədə baş tutmuş sayılır. Artıq dünyanın əksər nüfuzlu təşklatları Türkiyədəki seçkini demokratiya nümunəsi kimi qiymətləndirir. “Qafqazinfo”nun məlumatına görə, seçki qutularının təxminən 99,81 faizindən alınan ilkin nəticələr aşağıdakı kimidir:


1. AKP (Ədalət və İnkişaf Partiyası) - hakim partiya 49,9%
2. CHP (Cumhuriyyət Xalq Partiyası) - ana müxalifət partiyası: 25,95%
3. MHP (Milliyətçi Hərəkar Partiyası) - müxalifət partiyası 13,01%
4. Müstəqillər - 6,63%
5. Digərləri 4.51 %

Sonuncu 2007-ci ilin seçkisinə baxanda hakim AKP səslərinin sayını 3,34, CHP 5,03 faiz artırıb. MHP isə 1,27 faiz səs itirib.

Türkiyə mediasının xəbərinə görə Baş nazir Recep Tayyip Erdoğanın Ədalət və İnkişaf Partiyası artıq üçüncü seçkdir ki, dalbadal udur. Bu partiya 2002-ci ilin seçkisində 34,28, 2007-ci ilin seçkisində 46,58, bu seçkidə isə 50 %-dən çox səs alır. Bugünmkü seçkinin nəticələri AKP-yə hökuməti təkbaşına formalaşdırmağa imkan verir. Amma bu səs AKP-yə nəzərdə tutulan Konstitusiya dəyişikliyini təkbaşına həyata keçirməyə imkan vermir. Hakim partiya bunun üçün ya, kiçik partiyalarla əməkdaşlığa gedib parlamentdə onların da dəstəyini qzzanmalı, ya da məsələ referdnuma çıxarılmalıdır.

Türkiyənin siyasi tarixində bir partiyanın dalbadal üç seçkini udması nadir hadisədir. Sonuncu dəfə 45 il əvvəl Adnan Menderesin Demokrat Partiyası belə bir qələbəyə imza ata bilmişdi.