Türkiyə Ermənistanın təyyarəsini endirdi - Yenilənib

turkiye-ermenistanin-teyyaresini-endirdi-yenilenib
Oxunma sayı: 636

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistana məxsus yük təyyarəsi Türkiyə hava məkanında olarkən bu ölkənin Ərzurum hava limanına enməyə məcbur edilib.

Türkiyə təhlükəsizlik qüvvələrinin təyyarədə axtarış apardığı bildirilir. Təyyarənin hansı marşrutla hərəkət etdiyi və hansı səbəbdən yerə enməyə məcbur edildiyi haqda hələlik məlumat yoxdur.

***

Türkiyə Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada bildirilir ki, təyyarə Ermənistandan Suriyanın Hələb şəhərinə humanitar yardım göndərmək məqsədilə yola düşüb.

Türkiyə tərəfi təyyarənin Suriyaya uçmasına bir şərtlə razılıq verib. Şərt ondan ibarət olub ki, Suriyaya gedən hər bir təyyarə Türkiyə ərazisində yoxlanılacaq. Ermənistan tərəfi isə bu şərti qəbul edib.

Əgər təyyarə yoxlamadan təmiz çıxsa, onun Hələbə uçuşuna icazə veriləcək.

Aynur