Türkiyə Ermənistanla rəsmən əməkdaşlığa başladı

turkiye-ermenistanla-resmen-emekdasliga-basladi-
Oxunma sayı: 797



Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistan QHT nümayəndələri ilə görüşüb və onlara Türkiyədə ev alabiləcəkləri müjdəsini verib. Məlumata görə, TEPAV-ın (Türkiyə Ekonomi Politikaları Araşdırmaları Vəqfi) “iki ölkə arasında təhlükəsizlik tədbirlərinin çoxaldılması” mövzusunda keçirdiyi seminarda Ermənistanın 5 QHT-si iştirak edib. QHT nümayəndələri sonra XİN müşaviri Feridun Sinirlioğlu, daha sonra nazir Əhməd Davudoğlunun qəbulunda olublar.

Səmimi havada keçən görüş vaxtı Davudoğlu türklərlə ermənilər arasında tarixi münasibətlər olduğunu, özündəki bu hissin uşaqlıq dövründən qaldığını deyib: “Mənim kəndim Konya yaxınlığında, Toros dağlarındadır. Qapı oymalarını hazırlayan usta erməni idi. Bizim yaxınlığımızda da erməni ailə vardı. Məndəki bu yaxınlıq hissi uşaqlıq dövründən qalıb”.

Ermənu nümayəndələrindən birinin Osmanlının son dövründə babalarının Ərzurumdan köçdüklərini deməsi ilə Davudoğlu bu problemlərin yaxın vaxtlarda həl olunacağına inandığını deyib: “Hazırda dalana dirənmişik. Amma bu belə davam etməyəcək. Səbrli olaq. Ailəvi Ərzuruma gəlib gəzəcəksiniz. Hətta ev də ala bilərsiniz. Münasibətlərimiz düzələcək”.

Əhməd Davudoğlu iki sözə, “tarixdaşlıq və vətəndaşlıq” terminlərinə çox əhəmiyyt verdiyini deyib.

Həmçinin Türkiyə və Ermənistan biznesmenləri Yerevanda keçirilən görüşdə qarşılıqlı ticarəti və turizmi inkişaf etdirmək barədə saziş imzalayıblar. SİA-nın məlumatına görə, bu barədə Ermənistanın Sənayeçilər və İş adamları Birliyinin sədri Arsen Qazaryan açıqlaması zamanı deyib. O bildirib ki, hazırda Türkiyə ilə Ermənistan arasında ticarət dövriyyəsi 250 milyon dollar olsa da, iki ölkə arasında birbaşa quru yolu yoxdur.