Türkiyə Fransa Senatına etiraz etdi

turkiye-fransa-senatina-etiraz-etdi
Oxunma sayı: 684

“Qafqazinfo”nun AzərTAc-a istinadən məlumatına görə, Bəyanatda deyilir ki, Fransada məlum siyasi ambisiyalarla 2001-ci ildə qəbul edilən və 1915-ci il hadisələrinə münasibətdə təktərəfli mövqe əks etdirən qanun layihəsindən keçən müddətdə bu qanunu tanımayanların cəzalandırılması istiqamətindəki səylər bu ölkədəki seçkilər ərəfəsində daha da güclənib. 2011-ci il dekabrın 7-də Senat komissiyasında qəbul edilən qanun layihəsi bunun bariz nümunəsidir.

Bu ciddi məsələnin Türkiyə üçün həssas olduğunu Fransa hökumətinin bildiyi vurğulanan bəyanatda daha sonra qeyd olunur ki, Ankara son zamanlar iki ölkə arasında əməkdaşlığın gücləndiyi bir şəraitdə düzəldilməsi mümkün olmayacaq addımların atılmayacağına ümid edir. Bu cür addımların nəticələri ilə bağlı məsuliyyət də qarşı tərəfin üzərinə düşəcək.

Rəsmi Ankara Fransadan Türkiyə ilə Ermənistan arasında tarixlə bağlı ixtilafın dialoq yolu ilə həll olunmasına konstruktiv yardım etməsini, bu məsələdə elmi və ədalətli mövqedən uzaq olan qərarlardan vaz keçməsini istəyir.