Türkiyə hicabı rəsmiləşdirir

turkiye-hicabi-resmilesdirir
Oxunma sayı: 666

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (ƏİP) Konstitusiya Razılaşdırma Komissiyasına din və vicdan azadlığı təklifini yazılı şəkildə təqdim edib.

Təklifdə dini icmaların din təhsili verə biləcəyi, din azadlığının heç bir vəchlə məhdudlaşdırılmayacağı öz əksini tapıb. “Star” qəzetinin müxbiri Nevin Bilgin sözügedən dəyişikliklərin qəbul ediləcəyi təqdirdə bunun ictimai məkanlarda başörtüyü probleminin həlli mənasına gələcəyini deyib.

ƏİP üzvlərinin konstitusiyanın XIV maddəsinə təklif etdikləri düzəlişlərdə insanların təkbaşına və ya kütləvi şəkildə ibadət etmək və təhsil almaq haqqına malik olduğunun öz əksini tapıldığı bildirilib. Sözügedən maddədə hər bir kəsin təhsil almaq hüququna malik olduğu və bu haqqın heç bir şəxs və ya qurum tərəfindən qarşısının alına bilməyəcəyi vurğulanıb.

Türkiyə mətbuatı sözügedən dəyişikliklərin qəbul ediləcəyi təqdirdə ölkədə hələ də rast gəlinən ictimai məkanlarda başörtülü halda təhsil və ya əmək fəaliyyəti qadağasının birdəfəlik aradan qalxacağını yazıb.