Türkiyə İrana “aranı qarışdırmayın” dedi

turkiye-irana-arani-qarisdirmayin-dedi
Oxunma sayı: 665

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İran prezidenti Mahmud Əhmədinejadla görüşündə deyib. Davudoğlu İrana səfəri çərçivəsində İran xarici işlər naziri Əli Əkbər Salehi, Milli Təhlükəsizlik məsələləri üzrə Ali Şurasının katibi Səid Cəlili, İran parlamentinin sədri Əli Laricani və prezident Əhmədinejadla görüşüb. Prezidentlə görüşdə ikitərəfli, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunub. Davudoğlu çıxışında deyib ki, hansısa evdə yanğın baş verərsə, kimsə yanğının təkcə o evdə qalacağını fikirləşməməlidir: “Sabitliyin pozulmasını təmin edərsəniz, bunun əvəzini ödəyərsiniz”.

Davudoğlu ərəb üsyanları qarşısında müxtəlif mövqelərdə olan ölkələr barədə deyib ki, bölgədə üç tip ölkə var: “Rejimin dəyişilməsi istəklərini nəzərə almayanlar, dəyişməni istiqamətləndirəcəyini düşünənlər və dəyişmə istəklərinə müsbət cavab verənlər”. Türkiyə XİN-i ikinci sırada dayanan ölkələr barədə bildirib ki, bu axın onları da aparacaq. O, Suriyada aranı qarışdıran İrana ad çəkmədən diplomatik dillə söyləyib: “Bölgədə aranı qarışdırmayın”.

Davudoğlu bu həftə ərzində yenidən Suriyaya səfər etməyi planlaşdırır. Onun səfəri Əsədin atdığı addımlara görə təyin olunacaq.

Nərgiz Ehlamqızı