“Türkiyə istəsə, Suriyanı bir neçə saata dağıdar”

turkiye-istese-suriyani-bir-nece-saata-dagidar
Oxunma sayı: 637

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Türkiyənin Avropa Birliyi üzrə nümayəndəsi, nazir Egemen Bağış söyləyib.

Onun sözlərinə görə, Türkiyə istəsə, Suriyanı bir neçə saat ərzində darmadağın edər: “Biz şərəfli tarixi olan ölkəyik. Türkiyə müharibəyə meylli ölkə olsaydı təyyarənin vurulub salınmasını bəhanə edərək Suriyanı yerlə-yeksan edərdi. Bu gün Türkiyənin hərbi gücü Suriyanı bir neçə saat ərzində yox etməyə qadirdir. Amma bizim Suriya xalqı ilə heç bir problemimiz yoxdur. Bizim qonşularımızla, dostlarımızla, heç bir ölkənin xalqı ilə problemimiz yoxdur”.

Aynur