Türkiyə Liviyanın yeni bayrağını qəbul etdi

turkiye-liviyanin-yeni-bayragini-qebul-etdi-
Oxunma sayı: 705

Müxaliflərin paytaxt Trablusu ələ keçirməsindən sonra Ankaradakı Liviya səfirliyinə Milli Keçid Şurasının bayrağı asılıb. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Qəddafi rejiminin süqutundan sonra Liviyanın Ankara səfirliyində yaşıl bayraq endirilərək, müxalifətin istifadə etdiyi üçrəngli bayraq asılıb.

Televiziyaların canlı yayımladıqları görüntülərdə Qəddafinin plakatları yandırılıb, müxalifət isə rəqs edərək, ərəbcə mahnı oxuyub. Səfirliyin sözçüsü göstərdiyi dəstəyə görə Türkiyəyə təşəkkürünü bildirib.

Səidə