Türkiyə mediası Azərbaycanın “Texnikabank”ının bu ölkədəki fəaliyyətindən yazdı

turkiye-mediasi-azerbaycanin-texnikabankinin-bu-olkedeki-fealiyyetinden-yazdi-
Oxunma sayı: 662


Türkiyənin “Sabah” qəzeti bu ölkədə fəaliyyət göstərən Azərbaycan bankları, şirkətləri və iş adamları haqqında material dərc edib. “Qafqazinfo”nun məlumatına görə, materialda əvvəlcə bu günlərdə Türkiyədə yeni ofisini açan “Texnikabank” ASC-dən bəhs olunur. Yazıda qeyd olunur ki, Azərbaycanda iki yüz minə yaxın fərdi müştərisi olan “Texnikabank” İstanbulda yeni ofisini açıb. İki ölkə arasında artan ticarətin həcmi və gələn turist sayındakı artımdan əlavə yeni qurulan şirkətlərin sayəsində Azərbaycanın ən böyük beş bankından biri olan “Texnikabank”ın İstanbula gələn ilk azəri bankı olduğu vurğulanıb. Müşahidə Şurasın sədri Etibar Əliyev olan bankın 1993-cü ildən fəaliyyət göstərdiyi qeyd edilib. Yeni və böyük informasiya texnologiyalarına sahib olan bu bankın Türkiyədə uğurla fəaliyyət göstərəcəyi ümid edilir.

Materialda daha sonra qeyd olunur ki, “Texnikabank”dan sonra daha iki azəri bankının da Türkiyədə ofis açmaq niyyətindədir: “Türkiyədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin sayının getdikcə artdığı, keçən il ərzində açılan 2479 xarici şirkətdən 136-sının Azərbaycana məxsus olduğu bildirilir. Bu hesabla da Azərbaycanlı iş adamları Türkiyədə şirkət quran xaricilər arasında ilk beşliyə daxil olub. Beləliklə də şirkətlərimiz sayı Rusiyadan sonra 4-cü pillədə qərarlaşıb” .