“Türkiyə millisinə güvənirəm” – Rəy

turkiye-millisine-guvenirem-rey-
Oxunma sayı: 678

Qol.Az-ın məlumatına görə, Ronaldo rəqiblərindən çəkinmədiklərini bildirib:

"Bosnia - Hersoqovina güclü komandadır. Ancaq biz onlardan qat-qat üstün futbol nümayiş etdiririk. Ona görə də rəqibdən çəkinmirik. Bu komandanı DÇ-2010-un "play-off" mərhələsində məğlub etmişdik. İnanıram ki, bu dəfə də belə olacaq".

"Real" (Madrid) klubunda parlaq oyunu ilə diqqət çəkən Ronaldo eyni zamanda Türkiyə millisinə də uğurlar arzulayıb: "Xorvatiya ilə oyun komanda yoldaşlarım Nuri Şahin və Həmid Altıntop üçün böyük əhəmiyyət kəsb edir. Xorvatiya çox dişli komandadır. Ancaq mən Türkiyə millisinə güvənirəm. Bilirəm ki, Türkiyə tam bir futbol ölkəsidir. Ona görə də onların "play-off" mərhələsini uğurla keçmələrini arzulayıram. Bu məqsədlə də bütün dualarım Türkiyə millisi üçün olacaq".