Türkiyə: möcüzə bir dəfə olur

turkiye-mocuze-bir-defe-olur
Oxunma sayı: 689

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu oyunlardan sonra çempionatın bütün iştirakçılarının adı müəyyənləşib. İlk oyunda böyük hesablı qələbə qazanan Xorvatiya və İrlandiya yığması gözlənildiyi kimi, final mərhələsinə adını yazdırıb. Bununla da Xorvatiya yığması Türkiyədən AÇ 2008-dəki məğlubiyyətin əvəzini çıxıb. Evdə Çernoqoriyanı 2 top fərqilə məğlub edən Çexiya yığması rəqibindən səfərdə də üstün olub – 1:0. Bosniya və Hersoqovina isə ardıcıl ikinci dəfə pley-off mərhələsində Portuqaliya səddini keçə bilməyib. Portuqallar evdə rəqibini darmadağın edib – 6:2.

Beləliklə, Avro 2012-nin final mərhələsində Ukrayna, Polşa, Xorvatiya, Çexiya, İrlandiya, Portuqaliya, Almaniya, Rusiya, İngiltərə, Yunanıstan, Danimarka, İngiltərə, Fransa, İspaniya, İsveç və İtaliya iştirak edəcək.

01:00. Portuqaliya – Bosniya – Hersoqovina (ilk oyun – 0:0) - 6:2
Ronaldo, 8 (1:0), 53 (3:1), Nani, 24 (2:0), Misimoviç, 41-pen (2:1), Spahiç, 65 (3:2), Poştiqa, 72 (4:2), 81 (6:2), Veloso, 80 (5:2)

23:05. Xorvatiya – Türkiyə (ilk oyun – 3:0) - 0:0

23:15. Çernoqoriya – Çexiya (ilk oyun – 0:2) - 0:1
Jiraçek, 81 (0:1)

23:45. İrlandiya – Estoniya (ilk oyun – 4:0) - 1:1
Uard, 31 (1:0), Vasilyev, 57 (1:1)

Ceyhun Əhmədov