Türkiyə möcüzə gözləyir

turkiye-mocuze-gozleyir
Oxunma sayı: 826

Qol.Az-ın məlumatına görə, 8 komandanın iştirakı ilə keçirilən "play-off" oyunlarından sonra AÇ-2012-nin final mərhələsinə gedəcək növbəti 4 yığmanın da kimliyinə aydınlıq gələcək.

İlk görüşündə evdə Xorvatiyaya 0:3 hesabı ilə məğlub olan Türkiyə millisi demək olar ki, AÇ-2012-nin final mərhələsinə getmək şansını itirib. 2008-ci ilin Avropa çempionatında Türkiyəyə penlatilər seriyasında məğlub olan Xorvatiyanın qisası isə çox ağır olub.

Bu axşam Zaqrebdə qarşılaşacaq tərəflər üçün görüş formal xaratek daşıyacaq. Xorvatiyann bu üstünlüyü əldən verəcəyi inandırıcı görünmür. Türkiyə millisi isə yalnız möcüzə sayəsində nəsə edə bilər. Yeri gəlmişkən, Quus Hiddinkin bu oyundan sonra Türkiyə yığması ilə vidalaşacağı artıq heç kəsdə şübhə doğrumur.

Günün ən maralı oyunu isə Portuqaliyada baş tutacaq. Burada yerli komanda – Portuqaliya millisi Bosnia – Hersoqovinanı qəbul edəcək. İlk görüşdə 0:0 hesabı qeydə alındığından bu oyunda hər iki komandanın şansı qalır. Lakin Portuqaliya millisi bu görüşün əsas favoriti hesab olunur.

Səfərdə Çexiyaya 0:2 hesabı ilə uduzan Çernoqoriya millisi isə doğma azarkeşlər önündə bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. İrlandiya millisi isə artıq indidən özünü AÇ-2012-nin final mərhələsində hiss edə bilər. Səfərdə Estoniyanı 4 cavabsız qolla məğlub edən irlandlar üçün bu görüş formal xarakter daşıyır.