“Türkiyə müharibəyə hazır olmalıdır” - Ərdoğan

turkiye-muharibeye-hazir-olmalidir-erdogan
Oxunma sayı: 643

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Türkiyənin "Anadolu" agentliyi xəbər verib.

"İstənilən an müharibəyə hazır olmayan dövlət tamyararlı deyil. Türkiyə istənilən an müharibəyə hazır olmalıdır", - Ərdoğan bildirib.

Baş nazir Suriya hakimiyyətini öz vətəndaşlarına qarşı zorakılığı dayandırmağa və Türkiyə ərazisinə zərbələr endirməyə son qoymağa çağırıb.

Oktyabrın 3-də Suriyadan Türkiyə ərazisinə atılan mərmi beş türk vətəndaşın ölümnə səbəb olub. Mərmi Şanlıurfa vilayətinin Akçakala şəhərində partlamışdı. Suriya tərəfi indiyədək belə hücumları bir neçə dəfə təkrarlayıb.