Türkiyə ordusu Şimali İraqa daxil oldu

turkiye-ordusu-simali-iraqa-daxil-oldu
Oxunma sayı: 677

“Qafqazinfo”nun türk saytlarına istinadən verdiyi xəbərə görə, terror hücumundan sonra Diyarbəkrdən qalxan F-16 savaş hərbi təyyarələrinin Qəndil ərazisini bombaladığı bildirilir. İstanbulda olan Abdulla Gül son terrorla bağlı fikirlərini bildirib: “Heç kim unutmasın ki, bu acını bizə çəkdirənlər, daha artıq qarşılığını görəcək və bu acını çəkəcəklər. Dövlətimizi bu hücumlarla sarsıtdıqlarını düşünənlər görəcəklər ki, bu hücumun intiqamı çox böyük olacaq. Bütün dünya bunu bilsin ki, Türkiyə əzimli, qərarlı şəkildə bu terrorla mübarizə aparacaq, bu terror qarşısında sarsılmayacaq və sonuna qədər bu işi başa çatdırmaq üçün əlindən gələn hər şeyi edəcəkdir”.

Qeyd edək ki, baş nazir Rəcəb Tayyib Ərdoğan terror hücumu ilə bağlı Qazaxıstana səfərini təxirə salmalı olub.


Səidə