Türkiyə ordusunda “refresh”

<b>Türkiyə ordusunda “refresh”</b>
Oxunma sayı: 120

Türkiyə mətbuatı xəbər verir ki, Quru qoşunları Erdal Ceylanoğlunun istefası ilə boşalan bu vəzifəyə Daxili qoşunların komandiri Ordu generalı Necdet Özel təyin olunub. Bundan başqa Necdet Özel Baş qərargah rəisinin vəzifələrini də icra edəcək. Artıq yeni təyinatla bağlı qərarnamə ölkə prezidenti Abdullah Gül tərəfindən imzalanıb.

Xatırladaq ki, ötən gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İşık Koşaner gözlənilmədən istefa verib. Onun ardınca ordunun əsas qüvvələri sayılan quru, hava və dəniz qüvvələrinin rəhbərləri də istefa verib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi