Türkiyə parlamentində Suriya ilə bağlı təcili toplantı - Yenilənir

turkiye-parlamentinde-suriya-ile-bagli-tecili-toplanti-yenilenir
Oxunma sayı: 631

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, baş nazirin Suriya ilə bağlı qərarı bağlı qapılar arxasında müzakirə olunacaq.

Baş Assambleyada CHP sədri Kamal Kılıçdaroğlu da yer alıb.

Toplantıda Suriya mövzusunda Türkiyə Silahlı Qüvvələrinin xarici ölkələrə göndərilməsi ilə bağlı hökumətə bir il müddətinə səlahiyyət verilməsini nəzərdə tutan baş nazirin qərarı müzakirəyə çıxarılacaq.

Bu dəqiqələrdə baş nazir Ərdoğan da müzakirələrə qatılmaq üçün TBMM-nə gəlib.

***
CHP millətvəkili Muharrem İnce Türkiyə ordusunun Suriyaya daxil olmasına kəskin etirazını bildirib: “Hökumətin qapalı iclasda gizli məlumat verməsini başa düşə bilərik. Bizim söyləyəcəklərimiz isə açıqdır. Millətdən niyə gizlətməliyik ki? Bu milləti savaşa sürükləyərkən sizin övladlarınız, yoxsa kasıbların övladları müharibəyə gedəcək? Hansı nazirin övldı mühribəyə gedəcək? Millət bunu bilməlidir”.

MHP-nin qrup rəhbəri Oktay Vural isə açıq mövqe bildirməyib: “Dəyərləndirmələrimiz davam edir. Milli mənfəətlərimizi nəzərə alaraq hərəkət edəcəyik və buna uyğun olaraq səsvermə hüququmuzdan istifadə edəcəyik”.

TBMM sədri Cəmil Çiçək isə soyuqqanlı və tədbirli olmağı məsləhət görüb: “Beynəlxalq hüquqdan doğan haqlarımızı qoruyacağıq”.

Qeyd edək ki, qapalı toplantıda CHP-nin savaş əleyhinə səs verəcəyi iddia olunsa da, MHP-nin bu məsələdə hansı mövqe tutacağı sirr olaraq qalır.