Türkiyə son planını açıqladı

turkiye-son-planini-aciqladi
Oxunma sayı: 687

“Qafqazinfo”nun “Sabah” qəzetinə istinadən xəbərinə görə, bu günə qədər Suriya müxalifəti, ABŞ, Avropa Birliyi və Ərəb Liqası ilə bərabər hərəkət edilirdisə, təhlükəsizlik baxmından Bəşər Əsəd hakimiyyəti ilə məsafə saxlamaya azlıqlarla da təmasa keçiləcək. Türkiyə Suriyada yaşayan kürd, türkmən, xristian, dürzi və husayrilər kimi etnik və dini azlıqlara müraciət etmək niyyətndədir. Ölkədə bu qrupların sayı 1.5 milyona yaxındır.

Rəsmi Ankaranın bu qruplara verəcəyi mesajlar arasında onların Əsəd rejimini müdafiə etməmələri tövsiyə olunur. Türkiyə hesab edir ki, Suriyanın indiki durumu bütün əhaliyə ziyan vurur. Bu baxımdan rəsmi Ankara qeyri-müəyyənliyin uzanmaması üçün demokratiyaya keçidi vacib sayır.

Qəzetin yazdığına görə, rəsmi Ankaranın bu qrupların təmsilçiləri ilə görüşlərdə Bəşər Əsəd rejiminin çökməsindn sonra bütün dini və milli azlıqlara təhlüəsizlik şəraitində yaşayacağının zəmanəti veriləcəyi bildirilir.